💡 Musteri ile ilk sohbetde diqqet edilesi 5 qizil qayda
Satışın 80%-i ilk təəssüratdan asılıdır. Budur təcrübədən keçmiş 5 qayda:1. Problemi dinlə, həll təklif et
Müştəriyə birbaşa məhsulu yox, onun həll edəcəyi problemi danışın. "Sizə APK yaza bilərik" yox, "Müştəriləriniz üçün mobil tətbiq olsa, sifarişlər 2 qat artar".
2. Qiyməti sona saxla
Əvvəlcə dəyəri göstər, sonra qiyməti de. Müştəri faydanı anlayanda qiymət artıq problem olmur.
3. Real nümunə göstər
Portfelimizdən oxşar işi göstərin. "Baxın, bu kafe üçün etdiyimiz tətbiq ayda 100 yeni müştəri qazandırdı".
4. Cəmi 3 variant ver
İnsan çox seçim qarşısında qalanda çaşır. 3 variant təklif edin.
5. Razılaşmanı dərhal bağla
Müştəri "hə" dedikdə dərhal prosesə başlayın. ödəniş, təsdiq — gecikdirməyin.
Bu qaydalara əməl edən təmsilçilərimizin satış nisbəti 3 dəfə artıb. Hər kəsə bol qazanc!